Təriflər

HAVA PROQNOZU

0
170 baxılıb

(yun. Prognosis – qabaqcadan görmə, qabaqcadan xəbərvermə) – iri miqyaslı atm. proseslərinin təhlili əsasında havanın gələcək vəziyyəti haqqında irəli sürülmüş elmi fikir. Qısamüddətli (bir neçə saatdan 1-2 günədək) və uzunmüddətli (3-10 gündən 1 ayadək və ya daha artıq) olur. Həm müəyyən ərazi (vil. ölkə, dəniz akvatoriyası və s.), həm də ayrı-ayrı yaşayış məntəqələri, aeroport, nəql. yolları və s. üçün tərtib edilir. X.t.-nın müxtəlif sahələri üçün nəzərdə tutulmuş xüsusi H.p. və əh.-nin istifadəsi üçün nəzərdə tutulmuş H.p. olur. X.t.-nın ayrı-ayrı sahələrinin işində çətinliklər törədən və onlara zərər vuran, həmçinin gh.-nin təhlükəsizliyini qorxu altına salan təhlükəli hava hadisələri (siklon, tufan, duman, çovğun, güclü külək, toz fırtınası, ayaz və s.) də xüsusi H.p.-larına daxildir. H.p. sinoptik, meteorologiyanın məlumatları əsasında tərtib olunur.

  • up
  • down
Daxil edilib Selcan on January 29, 2013 - 21:08